AZ

FHN yanğın təhlükəsi ilə bağlı vətəndaşlara müraciət edib

FHN

Fövqəladə Hallar Nazirliyi (FHN) səlahiyyətləri çərçivəsində ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə vətəndaşların yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi işini davam etdirir.FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə yaşayan, işləyən, həmçinin həmin ərazilərə səfər edən vətəndaşlarla yanğın təhlükəsizliyinə dair profilaktik söhbətlər aparılıb.Xankəndi şəhərində, Qubadlı, Zəngilan, Xocalı və Xocavənd rayonlarında aparılmış növbəti maarifləndirmə işləri çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan, tikinti, yenidənqurma və bərpa işləri ilə məşğul olan, ictimai-iaşə obyektlərində işləyən, o cümlədən istirahət və işgüzar məqsədlərlə meşə, açıq ərazi və əkin sahələrinə gedən vətəndaşlara zəruri yanğın təhlükəsizliyi qaydaları ətraflı izah olunaraq onlara əyani vəsaitlər təqdim edilib.Ulusum.az

Diqqət Çəkənlər

İllər Keçdikcə Ailə: Hər Dövrdə Münasibətləri Qorumağın Yolları

Vidadi Babanlı vəfat edib

İlk Zəngdə Göz Yaşı Olmasın: Uşağı Məktəbə Hazırlayın

Seçilən
44
18
ulusum.az

10Mənbələr