Bakı, 17 avqust, AZƏRTAC
Milli Kitabxanada şair, yazıçı, kinodramaturq İlqar Fəhminin anadan olmasının 50 illik yubileyi münasibətilə “Yazıçı-şair İlqar Fəhmi” adlı kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə İlqar Fəhminin hekayələri, povestləri və romanları, şeirlər, kinoromanlar, publisistik yazılar, telepyeslər, ssenarilər toplusu, tərcümələri, “Ön söz”ün müəllifi, məsləhətçi və redaktor olduğu kitablar, yaradıcılığı haqqında ədəbiyyatlar, dövri mətbutda çap olunan məqalələr nümayiş olunur.