AZ

İsrail ordusu Yəmənin paytaxtına hava zərbəsi endirib

BAKI, TurkicWorld, Səməd Əyyubov

İsrail ordusu Yəmənin paytaxtı Sənaya hava zərbəsi endirib.

TurkicWorld xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, hücum İsraildən təxminən 2 000 kilometr məsafədə yerləşən Yəmən ərazisində həyata keçirilib. Obyektin husilər tərəfindən istifadə olunan enerji infrastrukturuna aid olduğu iddia edilib.

Məlumatda həmçinin bildirilib ki, hücum husilərin "İsrailə qarşı dəfələrlə həyata keçirdiyi raket və pilotsuz uçuş aparatları ilə hücumlara cavab olaraq icra edilib." Bu hücumlar arasında İsrail ərazisinə doğru buraxılan “yer-yer” tipli raketlər də olub.

Qeyd edək ki, Yəmənin bəi bölgələri, ocümlədən paytaxt Səna 2014-cü ilin sentyabrından bəri İran tərəfindən dəstəklənən Husilərin nəzarəti altındadır.

Seçilən
11
16
turkic.world

6Mənbələr