AZ

Leysan yağıb, duman olub - FAKTİKİ HAVA

Avqustun 17-si saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.


Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Qubada 21, Lənkəranda 11, Qusarda 10, Şahdağda 9, Balakən, Şəkidə 8, Astara, Neftçala, Şabran, Cocuqmərcanlıda 6, Biləsuvarda 5, Qax, Yardımlı, Lerikdə 4, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Oğuz və Qəbələdə 3, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Qobustan, Sabirabad, Cəfərxan, Beyləqan, Zaqatala, Altıağac, Ağdam, Zərdabda 1 mm-dək qeydə alınıb.

Kəlbəcər, Laçın, Qrız, Şahdağ, Lerik və Şəkidə duman muşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Seçilən
25
50
manset.az

10Mənbələr