Sinsinnati tennis turnirində kişilərin mübarizəsində finalçılar məlum olub.
Offsideplus.az xəbər verir ki, ötən gecə ilk olaraq korta Yannik Sinner və Terens Atman çıxıb. Turnirin sürprizi olan Atman ilk setdə güclü rəqibinə problem yaratmağı bacarsa da, italiyalı tay-brekdə seti qazanıb - 7:6 (4). İkinci set Sinner üçün daha asan keçib - 6:2.
Digər yarımfinal cütündə isə Karlos Alkaras və Aleksandr Zverev üz-üzə gəlib. K. Alkaras güclü rəqibinə set vermədən qələbə qazanıb - 6:3, 6:4.
İspaniyalı tennisçi qatıldığı ardıcıl 7-ci turnirdə də finala yüksəlməyi bacarıb.
Beləliklə, həlledici matçda növbəti Sinner - Alkaras duelinin şahidi olacağıq. Tərəflər bu il artıq 3 dəfə qarşı-qarşıya gəlib. Üstünlük ispaniyalı raket ustasındadır - 2:1.
Görüş sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.