AZ

Niyə ac qarına qəhvə içməmək olmaz? - Həkim səbəbini AÇIQLADI

"Açqarına qəhvə içmək orqanizmə zərər verə bilər və onu sağlam səhər ritualı hesab etmək olmaz".

Bunu Rusiya Dövlət Təhsil Universitetinin tibb fakültəsinin əsas tibbi fənlər kafedrasının cərrahı və müəllimi Aleksandr Umnov deyib.

O qeyd edib ki, içki həqiqətən beyin funksiyasını stimullaşdırır və nəbz sürətini artırır, lakin bu cür stimullaşdırma həmişə fayda gətirmir.

"Bu, narahatlıq, əsəbilik və hətta yuxusuzluq kimi özünü göstərə bilər. Bundan əlavə, qəhvə ürək-damar sisteminə yükü artırdığına görə, yüksək təzyiqli insanlar üçün kontrendikedir", - həkim qeyd edib.

Umnov vurğulayıb ki, oyandıqdan sonra insanın qanı adətən qatı olur, ona görə də ilk növbədə su içmək lazımdır.

"Əgər insan səhər acqarına — su içmədən, sadəcə bir fincan qəhvə içib venadan qan verməyə getsə, çox güman ki, qan götürmək mümkün olmayacaq və ya qanın sıxlığına görə onu demək olar ki, “sıxmaq” lazım gələcək", - o əlavə edib.

Mütəxəssis qəhvənin mədəyə təsirinə də diqqət çəkib:

"İçkinin acılığı və turşuluğu selikli qişanı qıcıqlandırır və qastrit, həzm problemləri və diskomforta səbəb ola bilər. Eyni zamanda, tərkibində sintetik qatqılar olan ətirli qəhvə xüsusilə yeməksiz istehlak edildikdə, allergiyaya və yanmağa səbəb ola bilər".

Buna görə də həkim sağlamlıqla bağlı mənfi nəticələrin qarşısını almaq üçün günə qəhvə ilə deyil, su ilə başlamağı tövsiyə edir.

Hüseyn İbadli


Seçilən
32
2
azia.az

10Mənbələr