Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, onun formasını geyindiyi “Motor" Polşa çempionatında 5-ci tur çərçivəsində “Pyast”la qarşılaşıb.
Qarşılaşma 0:0 hesabıyla başa çatıb.
Renat da görüşün iştirakçısı olub. 63-cü dəqiqədə əvəzetmədən meydana buraxılan 26 yaşlı hücumçu 88-ci dəqiqədə sarı vərəqə alıb.
Dadaşovun komandası 5 turdan sonra 5 xalla 12-ci pillədə qərarlaşıb.