AZ

DSX Aparatının binasında yanğın baş verib


Bakı şəhəri, Səbail rayonunda Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasının damında yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə avqust ayının 17-si gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə məlumat daxil olub.
Nazirliyin məlumatına görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Seçilən
86
50
yeniavaz.com

10Mənbələr