BAKI, 17 avqust. TELEQRAF
Fransa Xarici İşlər Nazirliyinin (XİN) Avropa məsələləri üzrə nazir-nümayəndəsi Benjamen Addad sentyabrda Ukraynaya səfər edəcək.
Teleqraf xəbər verir ki, səfər çərçivəsində Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması məsələsinin müzakirə ediləcəyi gözlənilir.
O, planları barədə “La Tribune Dimanche” qəzetinə müsahibəsində danışıb.
"Paris Kiyevi bu yolda dəstəkləyir. Sentyabrda məsləhətləşmələrimizi davam etdirmək üçün Ukraynaya səfər edəcəyəm. Qarşıda duran vəzifə danışıqların birinci mərhələsinə mümkün qədər tez başlamaqdır", - fransalı nazir vurğulayıb.