AZ

Litva Prezidenti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb

Litva Prezidenti Gitanas Nauseda ABŞ Prezidenti Donald Trampın Kremlin rəhbəri Vladimir Putinlə görüşündən sonra Rusiyaya qarşı təzyiqlərin artırılmasının vacibliyini vurğulayıb.

APA xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

Alyaskadakı sammit kontekstində Nauseda Rusiyanın başlatdığı müharibənin dayandırılması üçün Donald Trampın səylərini alqışlayıb.

O əlavə edib ki, ABŞ-ın təhlükəsizlik zəmanətləri verməyə hazır olacağı barədə Trampın bəyanatından sonra Litva "İstəklilər koalisiyası"na qoşulmağa hazırdır.

Seçilən
58
30
apa.az

10Mənbələr