AZ

Ukrayna Ordusu bu istiqamətdə irəlilədi

Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Şimali Slobojansk istiqamətində müəyyən ərazilərdə irəliləyişi 1 km-dən 2,5 km-ə qədərdir.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, cəbhənin bu hissəsində Ukrayna hərbçiləri Rusiya qüvvələrinin bölmələrinin məhvi və əhalinin məskunlaşdığı ərazilərin azad olunması istiqamətində aktiv əməliyyatları davam etdirir.

"Rusiya işğalçılarının maddi-texniki təminatı, təxliyyəsi və bölmələrinin gücləndirilməsinin qarşısını almaq üçün müəyyən yerlərdə düşmənə davamlı atəş zərbələri zonaları saxlanılır", - məlumatda deyilir.

Seçilən
91
33
publika.az

10Mənbələr