Yaponiya sahillərində 5,5 maqnitudada zəlzələ qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 550 mindən çox insanın yaşadığı Kaqosima şəhərindən 128 km şimal-şərqdə olub. Zəlzələ ocağı 37 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.