AZ

KİV: Tramp-Putin-Zelenski sammitinə hazırlıq 18 avqust görüşündən asılı olacaq

BAKI, 17 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putin və Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında üçtərəfli görüşə hazırlıq yalnız 18 avqustda Ağ Evdə baş tutacaq Tramp-Zelenski danışıqlarının nəticəsindən asılı olacaq.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Əgər danışıqlar uğurlu olsa,Tramp administrasiyası 22 avqustda üçtərəfli sammit təşkil etməyi planlaşdırır. Tramp-Zelenski görüşündə azı bir Avropa liderinin iştirak edəcəyi bildirilir, lakin onun konkret kim olacağı hələ məlum deyil.

Seçilən
49
50
teleqraf.com

10Mənbələr