Türkiyəli məşhur müğənni Sefo adı ilə tanınan Seyfullah Sağır Bakıya gələcək.
Kult.az xəbər verir ki, bu barədə iTicket.az saytı məlumat yayıb.
Məlumata görə, konsert oktyabrın 18-I Bakı Konqres Mərkəzində baş tutacaq.
Qeyd edək ki, Sefonun konsertinə biletlərin qiyməti minimum 50, maksimum isə 240 manatdır.