AZ

Trampın Ukraynanı kürəyindən bıçaqladığı deyilir...

ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı mövqeyini dəyişməsi Kiyev üçün kürəyindən zərbədir. SİA xəbər verir ki, bu barədə “The Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Adı açıqlanmayan ukraynalı məmur qəzetə deyib ki, “...bu, arxadan əsl bıçaq zərbəsidir”.

Başqa bir ukraynalı mənbənin sözlərinə görə, Ağ Ev rəhbərinin mövqeyində dəyişiklik onun sadəcə olaraq mümkün qədər tez sövdələşmə bağlamaq istəməsi ilə bağlıdır. Bundan əvvəl “The Washington Post” Alyaskada keçirilən Rusiya-Amerika sammitindən sonra Trampın Zelenski və Avropa liderləri ilə gərgin telefon danışığı apardığını yazmışdı.

“The New York Times” yazır ki, Amerika lideri Zelenskiyə sülh müqaviləsi bağlamaq müqabilində Donbasdakı əraziləri Rusiyaya verməyi təklif edib.

Əli Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
139
50
sia.az

10Mənbələr