AZ

Putin Alyaska səfərindən DANIŞDI: "Biz də ABŞ kimi..."

Rusiya Prezidenti Vladimir Putin Rusiya-Amerika danışıqlarından sonra Kremldə müşavirə keçirib.

Publika.az xəbər verir ki, o, Alyaska səfərinin Ukrayna böhranının ədalətli həllinin müzakirəsinə imkan verdiyi üçün vaxtında edildiyini və çox faydalı olduğunu qeyd edib.

Putin ABŞ Prezidenti Donald Tramp ilə söhbətin səmimi və məzmunlu olduğunu, tərəflərin Ukraynadakı vəziyyətlə bağlı öz mövqelərini sakit və hərtərəfli müəyyən edə bildiyini vurğulayıb.

Rusiya lideri böhranın əsas səbəblərini aradan qaldırmağın zəruriliyini qeyd edib. O bildirib ki, Rusiya Trampın hərbi əməliyyatların dayandırılması ilə bağlı mövqeyinə hörmət edir və ABŞ kimi, məsələlərin sülh yolu ilə həllinə tezliklə keçiddə maraqlıdır.

Seçilən
51
50
publika.az

10Mənbələr