AZ

Suriyaya geri qayıdanların sayı açıqlandı

Türkiyədən Suriyaya qayıdan miqrantların sayı açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, 2024-cü il dekabrın 8-dən bu günədək Türkiyədən 411 min 649 suriyalı ölkəsinə qayıdıb.

Bundan əlavə, 2016-cı ildən bu günə qədər 1 milyon 151 min 652 suriyalı könüllü şəkildə ölkəni tərk edib. Türkiyədə müvəqqəti qoruma altında olan suriyalıların sayı isə 2 milyon 543 min 711 nəfər təşkil edir.

Qeyd edək ki, dekabrın 8-də Əsəd rejimi devrildikdən sonra Türkiyədə məskunlaşan suriyalılar könüllü şəkildə öz ölkələrinə qayıtmağa başlayıblar.

Seçilən
98
axar.az

1Mənbələr