ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş avqustun 22-də keçirilə bilər.
Heftelik.az xəbər verir ki, bu barədə “Axios” portalı iki mənbəyə istinadən məlumat yayıb.
Qeyd edilib ki, Donald Tramp Volodimir Zelenskiyə və müzakirənin digər iştirakçılarına üçtərəfli sammiti “tezliklə”, avqustun 22-də keçirmək istədiyini bildirib.