Fələstin Administrasiyası Qəzzaya daxil olub HƏMAS-ı əvəz edə bilsə, müharibə sabah dayandırıla bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin sabiq ədliyyə naziri Yossi Beilin “Əl-Cəzirə”yə müsahibəsində bildirib.
“Gəlin bu variantı sınaqdan keçirək. Əgər HƏMAS sabah girovları azad etmək istəsə və yalnız sülh istədiyini bəyan etsə, Netanyahu yox deyə biləcəkmi?”, - deyə, o bildirib.
Onun sözlərinə görə, indiki vəziyyətdən həm israillilər, həm də fələstinlilər əziyyət çəkir.
“Gəlin buna son qoyaq”, - sabiq nazir çağırış edib.