Suriyanın paytaxtı Dəməşqin mərkəzində güclü partlayış baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat dərc edib.
Məlumatda qeyd edilir ki, partlayış Dəməşqin Mazzeh bölgəsində qeydə alınıb. Partlayışa səbəb köhnə avtomobilə yerləşdirilmiş partlayıcı qurğu olub.
Ölən və yaralanan barədə məlumat yoxdur.