AZ

“Barselona”da iki əməliyyat:

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Barselona” daha iki transfer əməliyyatını reallaşdırıb. Komandanın oyunçularından biri ilə müavilə yenilənib, digər futbolçu isə başqa kluba üz tutub.Rəhbərlik Jül Kunde ilə müqaviləni yeniləyib. İspaniya klubunun mətbuat xidmətinin məlumatına görə, 26 yaşlı fransalı müdafiəçinin yeni sözləşməsinin müddəti 2030-cu ilin yayına qədərdi. Onun “Barselona” ilə əvvəlki müqaviləsi isə 2027-ci ilin iyun ayında qüvvədən düşəcəkdi.Kunde “Barselona”da 2022-ci ildən oynayır. O, ötən mövsüm komanda ilə bütün yarışlarda 53 matçda iştirak edib, 4 qol vurub və 8 məhsuldar ötürmə edib.İnyiqo Martines isə “Barselona”nı tərk edib. Müdafiəçi “Əl-Nəssr”ə keçib. Bu barədə onun yeni klubunun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı mərkəz müdafiəçisi “Barselona” ilə müqaviləsinə xitam verib və azad agent kimi Səudiyyə Ərəbistanı klubuna keçib. O, “Əl-Nəssr” ilə müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. 2023-cü ildən “Barselona”da çıxış edən müdafiəçi 71 oyunda meydana çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
8
icma.az

10Mənbələr