Yeni mövsüm üçün heyətini komplektləşdirməyə davam edən "Kəpəz" daha bir futbolçu transferini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.
"Sarı-göylər" Donqo Kresus Donaldı heyətinə cəlb edib. Fil Dişi Sahilindən olan cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, oyunçu son olaraq Belarusun BATE klubunda çıxış edib.