AZ

Putinin şərti məlum oldu

Rusiya Prezidenti Vladimir Putin Alyaska səfərini zamanında və çox faydalı hesab edib.

Heftelik.az-ın məlumatına görə, Vladimir Putin  deyib ki, Rusiya ABŞ-ın mövqeyinə hörmət edir və böhranı sülh yolu ilə həll etmək istəyir:

Rusiya Prezidenti qeyd edib ki, münaqişənin köklü səbəblərinin aradan qaldırılması vəziyyətin həlli üçün əsas olmalıdır: “ABŞ Prezidenti Donald Trampla söhbət səmimi və mənalı oldu. Fikrimcə, bu, bizi lazımi həll yollarına yaxınlaşdırır”.

Bu arada Vladimir Putinin Ukraynayla atəşkəs üçün şərti də məlum olub. “Bloomberg“ yazıb ki, Putin Trampla görüşündə atəşkəsin əldə olunması üçün Ukrayna qoşunlarının Donbası tamamilə tərk etməsini tələb edib. Donald Tramp bu barədə Ukrayna prezidenti və Avropa liderlərinə bildirib.

Seçilən
13
heftelik.az

1Mənbələr