AZ

Fransa İsrailin məskunlaşma planını pislədi

BAKI, 16 avqust. TELEQRAF

İsrailin İordan çayının qərb sahilində minlərlə yeni ev tikmək planı beynəlxalq hüququn ciddi pozuntusudur.

Teleqraf xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

XİN İsraili bu plandan imtina etməyə çağırıb.

Nazirliyin sözçüsü bildirib ki, Fransa İsrailin mübahisəli bölgədə 3 400 ev tikmək qərarını qəti şəkildə pisləyir.

Bir sıra ölkələr isə E1 adlanan bu layihənin gələcəkdə paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması ehtimalını azaltdığını bəyan ediblər.

Qeyd edək ki, E1 zonası Qüds şəhəri ilə və İsrailin Maale-Adumim şəhəri arasında yerləşən 12 km² ərazini əhatə edir.

E1 planı bu ərazidə 3 500 - 15 000 yaşayış obyektinin tikintisini, eləcə də Maale-Adumi şəhəri ilə Qüds şəhərinin birləşdirilməsini nəzərdə tutur.

Seçilən
80
10
teleqraf.com

10Mənbələr