“İmişli”nin baş məşqçisi Xorxe Kasqilya Premyer Liqanın 1-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:
“Yaxşı oynadıq, müdafiə baxımından yaxşı idik. Son dəqiqədə qol buraxmaq ağırdır. Amma bu, futboldur. Birinci hissədə top daha çox mərkəzdə olurdu, komandalar bir-birini tanımağa çalışırdı. Amma ikinci hissdə taktiki cəhətdən daha yaxşı oynadıq. Şanslarımız da oldu. Son dəqiqələrdə müdafiəçimiz və qapıçımızın zədələnməsi oyuna təsir etdi. Diqqətimizi növbəti oyuna cəmləyəcəyik.
"Turan Tovuz"un oyunlarını təhlil edirdik. Bilirdik ki, aqressiv oynayırlar, uzun ötürmələrdən istifadə edirlər. Son dəqiqələr idi, oyunçularımız yorğun idilər. Uzun ötürmə ilə hücuma çıxdılar və qol vurdular.
Bura gəlməmişdən əvvəl Azərbaycan çempionatını araşdırmışam. Çempionatın səviyyəsi yüksəkdir. 4-5 səviyyəli komanda var. Burada yaxşı legionerlər çıxış edir. Bu oyun da mənə xoş təəssüratlar verdi. Bura gəlməyimin səbəbi nəticə göstərməkdir. İlk oyun olmasına baxmayaraq komandamız ikinci yarıda taktiki cəhətdən yaxşı oyun göstərdi. Bu komanda ilə nəticə vermək olar. Çalışacağıq ki, Premyer Liqada yerimizi qoruyaq.
Bizim işimiz komanda ilə ilşəməkdir. Biz də istəyərdik ki, öz şəhərimizdə oynayaq. Bu işlərin həlli ilə rəhbərlik məşğul olur. Bizim işimiz komandanı oyunlara hazırlamaq və gücləndirməkdir”.