AZ

Qarabağ Universiteti yeni uğur

Avqustun 15-də Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı ilə keçirilən 2025-ci il Enactus Azərbaycan Milli Yarışı uğurla başa çatıb. Maraqlı və rəqabətli mübarizə şəraitində keçən yarışın qalibi Qarabağ Universitetinin “Enactus” komandası olub.

Qarabağ Universitetindən Publika.az-a bildirilib ki, respublika üzrə 24 universitet komandasının qatıldığı yarışın yarımfinal mərhələsinə 12, final mərhələsinə isə 6 komanda yüksəlib. Finalda Qarabağ Universiteti, Bakı Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları layihələrini təqdim edib və münsiflərin suallarını cavablandırıblar.

“Enactus Azərbaycan”ın İdarə Heyəti üzvlərindən ibarət münsiflər heyətinin qərarına əsasən, Qarabağ Universitetinin “Enactus” komandası fərqlənərək birinci yerə layiq görülüb. Qələbə sayəsində Qarabağ Universitetinin “Enactus” komandası 2025-ci ilin 25-28 sentyabr tarixlərində Tailandda keçiriləcək Enactus Dünya Kubokunda Azərbaycanı təmsil etmək hüququ qazanıb. Dünya Kubokunda iştirak Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Tədbirin sonunda qalib komandalar mükafatlandırılıb.

Seçilən
77
4
publika.az

10Mənbələr