AZ

Avqustun 18-də Özbəkistan, Azərbaycan və Avropa əməkdaşlıq toplantısı keçiriləcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Özbəkistan Prezidenti yanında Strateji və Beynəlxalq Araşdırmalar İnstitutu ilə tərəfdaşlıq çərçivəsində 33-cü Ali Səviyyəli Toplantısını təşkil edəcək. 

Bu barədə Operativ Media-ya Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib. Bildirilib ki, “Özbəkistan, Azərbaycan və Avropa: ortaq inkişaf naminə əməkdaşlıq” toplantısı avqustun 18-20-də Daşkənd şəhərində keçiriləcək.

Toplantı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Mərkəzi Asiyada ev sahibliyi etdiyi ilk tədbirdir. Tədbirdə 20-dən çox ölkədən sabiq dövlət və hökumət başçıları, nüfuzlu liderlər, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də Özbəkistan rəsmiləri iştirak edəcəklər.

Dünya yeni texnoloji sərhədlərin, ekoloji çağırışların və dəyişən geosiyasi ittifaqların olduğu transformasiya dövrünə qədəm qoyarkən, dialoqu və tərəfdaşlığı təşviq edən qlobal platformalara ehtiyac daha da artır. Bu baxımdan toplantıda Mərkəzi Asiya ilə Avropa İttifaqı arasında əlaqələrin gücləndirilməsində Orta Dəhlizin rolu, iqlim dəyişikliklərinin yaratdığı çağırışlar və transregional əməkdaşlıq üçün yeni imkanlar, süni intellektin gələcək regional inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilməsi, müasir Özbəkistanda həyata keçirilən islahatların nəticələri və gələcək inkişafın strateji istiqamətləri, həmçinin dəyişən dünyada Mərkəzi Asiyanın geosiyasi rolu kimi mövzular geniş müzakirə olunacaq.

Seçilən
54
5
operativmedia.az

10Mənbələr