AZ

SEPAH generalı Pezeşkianın oğlunu hədəf aldı: “Pantürkist kimi hərəkət edir”

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı, keçmiş deputat Mənsur Həqiqətpur İran prezident Məsud Pezeşkianın oğlu Yusif Pezeşkianı hədəf alıb.

Viral.az xəbər verir ki, “Sepah Pasdaran” Telegram kanalının məlumatına görə, general Mənsur Həqiqətpur “İran 24” telekanalına müsahibəsində deyib ki, Azərbaycan məsələsinə qohumluq münasibətləri prizmasından baxmaq səhv və sadəlövhlükdür.

“Gələcəkdə İranın ya Zəngəzurda öz iştirakı olmalıdır, ya da olmasa, alternativ plan hazırlamaq lazımdır. Prezidentin Zəngəzur məsələsinə münasibəti sadəlövhdür. Cənab Pezeşkian ekspertlərin rəylərinə əsaslanacağına söz verib. Azərbaycan və Ermənistan məsələlərində ekspertlərin təcrübəsindən istifadə etməlidirlər, təbii ki, öz oğlu istisna olmaqla. Biz prezidentin oğlunun Zəngəzur məsələsi ilə bağlı fikirlərini qəbul etmirik. Pezeşkiyanın oğlu pantürkist hərəkata uyğun hərəkət edir”, – Mənsur Həqiqətpur deyib.

Son Yazılar:

Seçilən
24
2
viral.az

3Mənbələr