AZ

“Şamaxı” Ayxan Abbasova iki yeni köməkçi gətirdi

Bu gün 2025/2026-cı illər mövsümündə ilk rəsmi matçına çıxacaq “Şamaxı” klubunda yeni məşqçi təyinatları gerçəkləşib.

Arena.az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, məşqçi Anar Vəliyev və qapıçı hazırlığı üzrə köməkçi məşqçi Əyyub Əliyev əsas komandanın məşqçilər heyətində yer alıblar. Onlar baş məşqçi Ayxan Abbasova kömək edəcəklər.

Qeyd edək ki, “Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının yeni mövsümünün ilk turu çərçivəsində “Neftçi” ilə qarşılaşacaq. “Neftçi Arena”da baş tutacaq qarşılaşmaya saat 20:00-da start veriləcək.

Seçilən
14
arena.az

1Mənbələr