AZ

Tramp Putini yenidən beynəlxalq arenaya qaytardı Tribune de Genève

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp Alaskada keçirilən sammiti vasitəsi ilə rusiyalı həmkarı Vladimir Putinin beynəlxalq arenaya dönüşünə səbəb oldu.

Bizimyol.info xəbər verir ki, bu fikirlər "Tribune de Genève" qəzetinin məqaləsində əksini tapıb.

Qəzetin qiymətləndirmələrinə görə, Rusiya liderinin öz ölkəsindən kənara səfəri, sanksiyalar fonunda "özlüyündə istisna" hesab olunur. "Lakin o da məlumdur ki, o, ABŞ-da hörmətlə qarşılanmaq üçün getməsi, Donald Trampın Ağ Evə geri qayıtmasından əvvəl ağlınıza belə gəlməzdi," - deyə məqalədə bildirilir.

Qəzet həmçinin ABŞ Prezidentinin rusiyalı həmkarına təsir etmək istəyini qeyd edib, bu isə Trampın Putinə hərbi parad paltarında, strateji bombardmançı "B-2" və təyyarələrdən ibarət şənliklə təqdim etdiyi dəbdəbəli qarşılama ilə özünü göstərdi.

Vaşinqtona qayıdan Tramp, əvvəlcə Ukrayna Prezidenti Zelenski ilə, sonra isə Böyük Britaniya, Almaniya, İtaliya, Polşa, Finlandiya və Fransa liderləri, NATO Baş katibi və Avropa Komissiyasının rəhbəri ilə telefon danışığı keçirib. "Axios" portalının məlumatına görə, bu danışıq asan keçməyib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
bizimyol.info

1Mənbələr