AZ

Yeni Kaledoniya sahillərində 5,6 maqnitudalı zəlzələ olub

Yeni Kaledoniya yaxınlığında yerləşən Luayote adalarının cənub-şərqində 5,6 maqnitudalı zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.

Zəlzələnin ocağı 10 km dərinlikdə, episentri Numea şəhərindən 458 km cənub-şərqdə yerləşib.

Ölən və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Seçilən
93
3
report.az

4Mənbələr