AZ

Bellinqemin son durumu açıqlandı

“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem çiynindən əməliyyat olunduqdan bir ay sonra klubun bazasında məşqlərə qayıdıb. Lakin hazırda ingilis futbolçu ümumi qrupdan ayrı şəkildə çalışır.

Publika.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Mənbənin sözlərinə görə, İspaniya nəhəngi Bellinqemin meydançaya qayıtmasını tələsmədən həyata keçirmək istəyir. Ən uğurlu ssenaridə onun oktyabrın sonunda oyunlara çıxacağı gözlənilir. Lakin sağalma prosesinin noyabra qədər uzanma ehtimalı da var.

Ötən mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 58 oyuna çıxaraq 15 qol vurub və 15 məhsuldar ötürmə edib.

Seçilən
77
publika.az

1Mənbələr