AZ

Türk Mədəniyyəti və İrsi Fondu Qazaxıstanda beynəlxalq layihə həyata keçirib – FOTO

13–15 avqust tarixlərində Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Şimali Qazaxıstan vilayətinin Ayırtau rayonu və Petropavl şəhərində beynəlxalq səviyyəli tədbirlər keçirilib.

Doğru.az xəbər verir ki, proqram çərçivəsində III Beynəlxalq Rəssamlar Simpoziumu, “Mağcan Mərkəzi”nin açılışı, Fond tərəfindən 7 dildə çap olunmuş “Bizim Mağcan” kitabının təqdimatı, həmçinin “Botay – Böyük Çöl mədəniyyəti” mövzusunda elmi-praktik konfrans təşkil olunub.

Tədbirlərdə Qazaxıstan Respublikasının Baş nazirinin müavini Ermek Koşerbayev, elm və ali təhsil naziri Sayasat Nurbek, Turizm və İdman nazirinin müavini Erjan Erkinbayev, Mədəniyyət və İnformasiya nazirinin müavini Yevgeni Koçetov, eləcə də üç ölkədən alimlər, 12 ölkədən gənc arxeoloqlar və rəssamlar iştirak ediblər. Səfər çərçivəsində turizmin inkişafı, mədəni irsin qorunması və beynəlxalq əməkdaşlıq perspektivləri müzakirə olunub.

Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti tərəfdaş qurumlarla görüşlər keçirərək Botay mədəni irsinin beynəlxalq platformalarda təbliğinə və türk ölkələri arasında əlaqələrin möhkəmləndirilməsinə dəstək göstərib.

“Bizim Mağcan” kitabının təqdimatı mühüm mədəni hadisəyə çevrilib. Əsərdə böyük qazax şairi Mağcan Cumabayevin həyatı, yaradıcılığı və türk xalqlarının ortaq mədəniyyətindəki yeri geniş şəkildə işıqlandırılıb.

Keçirilən tədbirlər mədəniyyət, elm, turizm və yaradıcılıq sahələrində əməkdaşlığın genişlənməsi üçün əhəmiyyətli nümunə kimi dəyərləndirilir. Botay mədəniyyəti isə qədim atçılıq ənənələrinin öyrənilməsi baxımından türk dünyasının sivilizasiya yaddaşında mühüm yer tutur.

Sonda vurğulanıb ki, bu layihə türk xalqlarının ortaq mədəni dəyərlərinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına töhfə verəcək.

DOĞRU.AZ

image-img-20250816-wa0030 image-img-20250816-wa0032 image-img-20250816-wa0034 image-img-20250816-wa0031 image-img-20250816-wa0036 image-img-20250816-wa0033 image-img-20250816-wa0037 image-img-20250816-wa0035 image-img-20250816-wa0038 image-img-20250816-wa0040 image-img-20250816-wa0041

Seçilən
17
9
dogru.az

10Mənbələr