AZ

Yaponiyada “Azərbaycanın milli rəqsi” adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Yaponiyanın Vakayama prefekturasında “Vakayama BeynəlxalqMübadilə Mərkəzi”nin ev sahibliyi ilə “Azərbaycanın milli rəqsi”adlı mədəni tədbir keçirilib.

Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, tədbirdə yerli sakinlər və şəhərdə yaşayanəcnəbilər Azərbaycan mədəniyyəti ilə yaxından tanış olublar.

Üç hissəli tədbirin birinci hissəsində qonaq məruzəçi MinarəŞükürova iştirakçılara əyani materiallarla Azərbaycan milligeyimləri, musiqisi və rəqs sənəti haqqında məlumat təqdim edib.Azərbaycan mədəni irsinin bir sıra elementlərini əhatə edən butəqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.

İkinci hissədə isə tədbirə Bakıdan onlayn qoşulan rəqs üzrəmütəxəssis, “Mənimlə rəqs et” layihəsinin rəhbəri Lalə Aslanur“Şuşanın dağları” və “Yallı” rəqsləri barədə seminar keçib. O burəqslərin tarixindən, mənasından və ifa üslublarından danışaraqiştirakçıların suallarını cavablandırıb.

Tədbirin üçüncü hissəsində Minarə Şükürova çay mədəniyyətimizhaqqında təqdimatla çıxış edib. İştirakçılar Azərbaycan çayındandadıb və milli geyimlərimizlə şəkil çəkdiriblər.

Azərbaycan mədəniyyətinin müxtəlif aspektlərini özündəbirləşdirən bu tədbir iştirakçılar arasında böyük maraq doğurub vəmədəniyyətlərarası əlaqələrin inkişafına töhfə verib.

Yaponiyada
Yaponiyada
Yaponiyada
Yaponiyada
Yaponiyada
Yaponiyada
Yaponiyada
Yaponiyada
Yaponiyada
Seçilən
63
4
az.trend.az

6Mənbələr