AZ

Alyaska görüşünün nəticələri belədir: İki güc mərkəzinin mövqeyi nəzərə alınacaq - MÜSAHİBƏ

BAKI, 16 avqust. TELEQRAF

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Teleqraf-a müsahibəsində Alyaskada ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti arasında ötən gecə baş tutmuş görüşün nəticələrindən danışıb.

Onunla müsahibəni təqdim edirik.

- Mətin bəy, Alyaskada ABŞ Prezidenti ilə Rusiya Prezidenti arasında uzun müddətdir ki, gözlənilən görüşü baş tutdu. Görüşün nəticələrinə dair korrekt fikirlər səslənsə də, hansı razılıqların əldə edildiyi açıqlanmadı. Ümumi nəticələri necə dəyərləndirmək olar?

- Tərəflər görüşün hansı nəticələrlə yekunlaşması haqqında geniş məlumat vermədilər. Nələrin müzakirə edildiyi ilə bağlı detallı məlumat yoxdur. Amma görünən odur ki, Tramp-Putinin görüşündə o qədər də böyük nəticə əldə edilməyib. ABŞ-nin nöqteyi-nəzərindən məsələyə yanaşsaq, onların bu görüşdən sonra Rusiya-Ukrayna cəbbəsində qeyd-şərtsiz atəşkəsə nail olunması gözlənilirdi. Ümid edilirdi ki, bundan sonra danışıqlar prosesinə Ukrayna da cəlb edilsin və s. Nəticələr isə onu deməyə əsas verir ki, bu məsələdə razılıq əldə olunmayıb. Liderlərin verdiyi açıqlamalardan aydın olur ki, müəyyən razılaşmalara əsasən görüşlər davam etdiriləcək. Tramp qeyd edib ki, Avropa liderləri və Ukrayna Prezidentinə Alyaska görüşünün nəticələri haqqında məlumat verəcək. Bütün bunlara əsasən görüşdə müəyyən razılaşmaların olduğu qeyd edilir. Amerika Prezidenti də bəyan etdi ki, hələlik yekun razılaşma əldə edilməyib. Müəyyən məsələlərdə nələrsə razılaşdırılsa da, ciddi razılaşma əldə olunmadığı faktı ortadadır.

- Putinin Çin lideri görüşü də gözlənilir. Sentyabrın 2-də baş tutması gözlənilən bu görüşdə nələr müzakirə oluna bilər?

- Rusiya-Ukrayna müharibəsi məsələsində bir sıra dövlətlərin mövqeyi vacibdir. Bu güc mərkəzlərindən biri Avropa İttifaqıdırsa, digəri Çindir. Tərəflər çalışır ki, bir çox məsələlər Rusiya-ABŞ müstəvisində həll olunmasın. Burada, həmçinin digər tərəflərlə də bu mövzulara aid məsləhətləşmələrin aparılması təşviq edilir. Ortaya çıxacaq hər hansı bir qərarda digər tərəflərin də mövqeyinin nəzərə alınması tələb olunur. Çin də öz növbəsində Ukrayna məsələsində konkret mövqe ortaya qoymur. Rəsmi Pekin Ukraynanın ərazi bütövlüyünü və sərhədlərinin toxulmazılığı amilini önə çəksə də digər yandan Rusiyanın maraqlarının nəzərə alınmalı olduğunu qeyd edir. Fakt bu gün Rusiya ilə yüksək səviyyəli strateji tərəfdaşlığa malik azsaylı ölkələrədn biri olan Çindir.

- Avropa İttifaqının, xüsusən də Böyük Britaniyanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı əsas şərtləri nədir?

- Tramp Alyaskadakı görüşdən sonra Avropa liderlərini məlumatlandırcağını dedi. Putin isə Çin lideri ilə görüşdə bu mövzunu müzakirə edəcək. Görünən odur ki, qarşıdakı dövrdə hər iki lider digər güc mərkəzlərinin də mövqeyini öyrənməyə çalışacaq. Sözsüz ki, Alyaska görüşündə də bu güc mərkəzlərinin təsiri özünü göstərdi. Avropa liderləri və Avropa İttifaqına daxil olmayan Böyük Britaniya Ukrayna məsələsində Birləşmiş Ştatlardan bir qədər fərqli mövqe nümayiş etdirirlər. Onlar Ukraynanın ərazi bütövlüyü məsələsində prinsipial mövqe sərgiləyir. Təbii ki, bu mövqe də danışıqlar prosesinə təsir edir. Yəqin ki, Tramp bu görüşdən sonra Avropa liderləri ilə müzakirələr aparacaq.

- Çin, Avropa İttifaqı və Böyük Britaniyanın Rusiya-Ukraya müharibəsinin dayandırılması məsələsində mövqelərinin uzlaşacağı gözlənilirmi?

- Avropa İttifaqının və Böyük Britaniyanın mövqeyi Rusiya-Ukrayna müharibəsi ətrafında gedən proseslərdə ciddi təsir göstərə bilər. Çünki bu müharibə o qədər genişlənib ki, burada yalnız dünyanın əsas aparıcı gücləri kimi Birləşmiş Ştatların birtərəfli mövqeyi kifayət etmir. Burada müxtəlif maraqları olan güc mərkəzləri var. Bu mənada Avropa İttifaqı, Böyük Britaniya və Çinin də bu məsələdə mövqeyi nəzərə alınacaq.

Seçilən
29
50
teleqraf.com

10Mənbələr