AZ

Vidadi Babanlı vəfat etdi

Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir, şair, tərcüməçi Vidadi Babanlı vəfat edib.

Day.Az xəbər verir ki, o, 98 yaşında həyata gözlərini yumub.

Mərhumun sabah dəfn olunacağı bildirilir.

Yazıçının dəfn yeri hələlik müəyyənləşməyib.

 

Qeyd edək ki, Vidadi Babanlı "Qazax" Xeyriyyə İctimai Birliyinin Fəxri üzvü, Prezidentin fərdi təqaüdçüsü və Əməkdar incəsənət xadimi idi. 2022-ci ildəAzərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilmişdi.

Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fılologiya fakültəsində təhsil alıb. "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində, "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləyib.

Sonradan C.Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, "Yazıçı" nəşriyyatında baş redaktor müavini olub.

Seçilən
13
48
day.az

10Mənbələr