AZ

Əziz Ələkbərli: İcma qərbi azərbaycanlıların öz yurdlarına dönməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək

“Möhtərəm cənab Prezidentin Ermənistanın baş naziri ilə Vaşinqtonda imzaladığı Birgə bəyannamə dövlətlərarası münasibətləri tənzimləyən bir sənəddir. İcmanın fəaliyyəti isə beynəlxalq konvensiyalarda təsbit olunmuş insan hüquqlarının, qayıdış hüququnun təmin edilməsinə yönəlmiş ictimai fəaliyyətdir. Bu mənada, İcmanın fəaliyyətinin dövlətlərarası münasibətlərlə, sülh sazişi ilə birbaşa əlaqəsi yoxdur”.

Bunu APA-ya açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli “Bu il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan-Ermənistan normallaşma prosesini irəli aparan Birgə bəyannamə imzalayıblar. İki ölkə arasında sülh sazişi paraflanıb. Bu günlərdə bəzi internet resurslarında belə bir xəbər yayılıb ki, guya bundan sonra Qərbi Azərbaycan İcması öz fəaliyyətini davam etdirməyəcək. Bununla bağlı nə deyə bilərsiniz” sualına cavabında deyib.

“Bizim fəaliyyətimiz dinc yolla öz dədə-baba yurdlarımıza qayıtmaqdan ibarətdir. İcma heç vaxt Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə qarşı çıxmayıb. Cənab Prezidentin vurğuladığı kimi, biz Qərbi Azərbaycana tanklarla yox, maşınlarla qayıdacağıq.

Seçilən
92
23
aznews.az

10Mənbələr