AZ

Pezeşkian gələn həftə Ermənistana və Belarusa rəsmi səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian gələn həftə Ermənistana və Belarusa rəsmi səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri İran Prezidentinin müşaviri Mehdi Sənaiyə istinadən məlumat yayıb.

"Prezident Pezeşkianın Ermənistana və Belarusa səfəri iki gün davam edəcək", - o bildirib.

Müşavirin sözlərinə görə, səfərin məqsədlərindən biri qeyd olunan ölkələrlə xüsusilə işgüzar sahədə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, eləcə də sənədlərin imzalanmasıdır.

Seçilən
23
50
report.az

10Mənbələr