AZ

Britaniya Baş naziri Rusiyanı hədələdi

BAKI, 16 avqust. TELEQRAF

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.

Onun sözlərinə görə, əgər Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşma əldə olunmasa, Moskva yeni məhdudiyyətlərlə üzləşəcək.

"Rusiya hərbi əməliyyatları dayandırmayınca, sanksiyalar davam edəcək və ölkə iqtisadiyyatına daha çox təsir göstərəcək. Britaniyanın Ukraynaya dəstəyi lazım olduğu qədər davam edəcək".

Kir Starmer, həmçinin ABŞ Prezidenti Donald Trampın münaqişənin həllinə yönəlmiş səylərini yüksək qiymətləndirib və qeyd edib ki, bu mənada müharibənin sonu heç vaxt olmadığı qədər yaxın görünür.

Seçilən
19
5
teleqraf.com

7Mənbələr