ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
PSJ-nin Cənubi koreyalı hücumameyilli futbolçusu Li Kan İn daha çox oyun vaxtı qazanmaq üçün Paris klubundan ayrılmağa hazırlaşır.
Oxu.Az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, artıq 24 yaşlı futbolçuya elçi düşən klublar da var. Onların sırasında "Mançester Yunayted", "Arsenal" (ikisi də İngiltərə) və "Napoli" (İtaliya) öndə gedirlər.
Öz növbəsində Fransa nəhəngi 24 yaşlı futbolçuya uyğun təklif gələcəyi təqdirdə onu buraxmağa hazır olduğunu bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.