AZ

KİV: Ukraynaya NATO nizamnaməsinin 5 ci müddəasına bənzər təhlükəsizlik zəmanəti təklif olunub

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukraynaya NATO ölkələrinin sahib olduğuna bənzər təhlükəsizlik zəmanəti təklif edilib.

APA xəbər verir ki, bununla bağlı anonim mənbələr “AFP”yə məlumat verib.

Məlumata görə, təklif ABŞ prezidenti Donald Tramp, Ukrayna lideri Volodimir Zelenski və Avropa dövlət başçılarının birgə onlayn söhbətində edilib.

Belə ki, Rusiya prezidenti Vladimir Putinin razılıq verdiyi və NATO nizamnaməsinin 5-ci müddəasına bənzər bir zəmanət Ukraynaya təklif edilib.

Qeyd edək ki, NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, bloka üzv olan ölkələrdən birini qarşı hücum baş versə, bütün üzvlər hücuma məruz qalmış ölkənin hərbi müdafiəsinə qalxmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
82
50
apa.az

10Mənbələr