AZ

Vidadi Babanlı vəfat etdi

Bakı. Trend:

Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir, şair, tərcüməçiVidadi Babanlı vəfat edib.

Trend xəbərverir ki, o, 98 yaşında həyata gözlərini yumub.

Mərhumun sabah dəfn olunacağı bildirilir.

Yazıçının dəfn yeri hələlik müəyyənləşməyib.

Qeyd edək ki, Vidadi Babanlı "Qazax" Xeyriyyə İctimai BirliyininFəxri üzvü, Prezidentin fərdi təqaüdçüsü və Əməkdar incəsənətxadimi idi. 2022-ci ildəAzərbaycan ədəbiyyatının inkişafında böyükxidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilmişdi.

Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun BirinciŞıxlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin(indiki Bakı Dövlət Universiteti) fılologiya fakültəsində təhsilalıb. "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçivəzifəsində, "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonraşöbə müdiri işləyib.

Sonradan C.Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasınındublyaj şöbəsində baş redaktor əvəzi, "Yazıçı" nəşriyyatında başredaktor müavini olub.

Seçilən
65
19
az.trend.az

10Mənbələr