AZ

Abşeronda evlərdən pul və zinət əşyaları oğurlayan şəxs saxlandı


Abşeron rayonunda talama cinayətləri qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs müxtəlif vaxtlarda iki evdən 3060 manat pul və qızıl-zinət əşyalarını oğurlayıb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş 34 yaşlı T.Ağasıyev saxlanılıb.

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə paytaxt sakininə məxsus mopedi oğurlamaqda şübhəli bilinən 46 yaşlı X.Hidayətov tutulub.

Faktlarla bağlı araşdırmalar aparılır.

Seçilən
55
9
baki-xeber.com

10Mənbələr