AZ

Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual məsələləri müzakirə edildi

Bakı. Trend:

16 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziriAndriy Sıbiha arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, Ukraynanınxarici işlər naziri Azərbaycan Respublikasının Prezidentinin ABŞ-yəsəfəri zamanı Azərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar,habelə Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlərmünasibətilə təbriklərini çatdırıb.

Telefon danışığı zamanı Azərbaycan və Ukrayna arasındatərəfdaşlıq münasibətlərinin aktual məsələləri, o cümlədən siyasi,iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıqmüzakirə olunub. Tərəflər Azərbaycan Respublikası ilə Ukraynaarasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasınınişinin əməkdaşlığın inkişafı baхımından mühüm əhəmiyyət kəsbetdiyini bildiriblər.

Ukrayna xarici işlər naziri öz növbəsində Azərbaycan tərəfininUkraynaya göstərilən humanitar yardımlar, o cümlədən münaqişədənzərər çəkmiş ərazilərdə bərpa və yenidənqurma sahələrində dəstəyinəgörə təşəkkür edib.

Nazir Andrey Sıbiha həmçinin Rusiya-Ukrayna münaqişəsi ətrafındaaparılan danışıq prosesi barədə məlumat verib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digərməsələlər müzakirə olunub.

Seçilən
16
43
az.trend.az

9Mənbələr