"Şahdağ"ın kapitanı Rahid Əmirquliyev komandada qalacaq.
Rekord.az xəbər verir ki, maliyyə sıxıntısı və sponsorun imtinası səbəbindən I liqaya vəsiqə qazanan Qusar təmsilçisinin dağılmaq təhlükəsi yaranmışdı.
Həmin dönəmdə bütün futbolçularla yollar ayrılmışdı. Yalnız Əmirquliyev heç yerə getməyib sonluğu gözləmişdi. Nəhayət, AFFA-nın müdaxiləsi ilə "Şahdağ" ayaqda qalmağı bacardı.