AZ

Paytaxtda avtomobilin şüşəsini qəsdən sındıran şəxs saxlanılıb

Paytaxtda avtomobilin şüşəsini qəsdən sındıran şəxs saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sosial şəbəkələrdə naməlum şəxsin paytaxtın Nizami rayonu ərazisində “KİA” markalı avtomobilin şüşəsini sındırması ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əmlakı qəsdən məhv etmədə şübhəli bilinən 40 yaşlı Azad Zamanov müəyyən olunaraq saxlanılıb.

Onun barəsində toplanan material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və A.Zamanov 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Seçilən
9
31
operativmm.az

10Mənbələr