AZ

Pakistanda sel və güclü daşqınlar nəticəsində azı 300 nəfər ölüb

Bakı. Trend:

Pakistanın şimal-qərbində iki gündür davam edən güclü yağış vədaşqınlar nəticəsində 300-dən çox insan həlak olub.

Trend “Reuters”agentliyinə istinadən xəbər verir ki, xilasetmə işləri və bağlanmışyolların təmizlənməsi davam edir, təcili yardım məqsədilə vəsaitayrılır.

Meteoroloqların məlumatına görə, güclü yağışlar avqustun 21-dəkdavam edəcək.

Cari musson mövsümündə həmişəkindən daha çox yağan yağışlaryolları və binaları yuyub aparıb.

Şənbə günü səhərə qədər Hayber-Paxtunxva əyalətinin dağlarında307 nəfərin öldüyü, daha çox insanın isə itkin düşdüyü təsdiqlənib.Bu barədə əyalətin müvafiq idarəsi məlumat verib.

Son bir həftə ərzində təkcə Pakistan deyil, həm də qonşuHindistan və Nepalın bir hissəsi güclü yağışlar, daşqınlardan ciddizərər çəkib. Yerli rəsmilər bildiriblər ki, Pakistanın paytaxtıİslamabadın şimalında avtomobillə üç saat yarımlıq məsafədəyerləşən Buner rayonu 184 nəfərin öldüyü, infrastruktur və əkinsahələrinə ciddi ziyan dəydiyi üçün ölkədə ən çox zərər çəkmişbölgələrdən biri olub.

Daşqınlardan zərər çəkənlər üçün tibbi şəhərciklər salınır,məcburi köçkün ailələri isti yeməklə təmin olunur.

Seçilən
21
36
az.trend.az

10Mənbələr