AZ

Putin jurnalistləri niyə SAYMADI... - VİDEO

Rusiyalı həmkarı Putinlə Alyaskada görüşən ABŞ Prezidenti Donald Tramp deyib ki, danışıqlarda "böyük irəliləyiş"ə baxmayaraq, heç bir razılaşma əldə olunmayıb.

Tramp-ın Putinlə görüşməkdə məqsədi Ukraynadakı müharibəyə son vermək idi.

Alyaskadakı üç saatlıq görüşdən sonra mətbuata açıqlamasında Tramp "Biz ora çata bilmədik" deyib.

Trampın üzündəki narazı ifadələr də bu uğursuzluğun vizual təsdiqi idi.

Putin isə kameralar qarşısında daha rahat, hətta qələbə qazanmış kimi sevincli görünürdü.

Modern.az xəbər verir ki, Putin Alyaskada jurnalistlərin “sual yağışı”na tüş gəlib:

- Cənab Putin, atəşkəsə razılaşırsınız?
- Cənab Putin, bundan sonra din əhalini öldürməməyə söz verirsiniz?
- Prezident Putin, niyə prezident Tramp sizin sözlərinizə inanmalıdır?

Vladimir Putin jurnalistlərin suallarına maraqlı təpki göstərib. O, üzündəki ifadələrlə bu suallara əvvəlcə təəccübləndiyini nümayiş etdirib, sonra isə onları vecinə almadığını göstərib... 
Qərb jurnalistlərinin təkrar suallarına cavab olaraq qeyri-adi üz ifadələri və hərəkətlər nümayiş etdirən Putinin bu görüntülərini kameramanlar qaçırmayıblar. 

Putinin qəribə hərəkətləri Qərb mediasına geniş müzakirələrə səbəb olub.

 



A.Qorxmaz

Seçilən
14
2
modern.az

3Mənbələr