Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra Alyaskanın Ankoric şəhərində yerləşən “Fort Richardson” Xatirə Qəbiristanlığını ziyarət edib.
Referans xəbər verir ki, Putin burada dəfn olunmuş sovet pilotlarının məzarları üzərinə qırmızı qızılgüllərdən ibarət buketlər qoyub.
Yayımlanan görüntülərdə Rusiya liderinin məzarların hər birini ziyarət edərək ehtiramla gül qoyduğu əks olunub.
Qeyd edək ki, bu pilotlar İkinci Dünya müharibəsi dövründə, “Lend-Liz” proqramı çərçivəsində Alyaska–Sibir marşrutu ilə ABŞ-dan SSRİ-yə təyyarələrin daşınmasında iştirak ediblər../Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta