AZ

İmişlinin Hacırüstəmli sakinlərinin su ilə "sınağı": Problem nə vaxt həll olacaq? 

İmişli rayonunun Hacırüstəmli kəndinin əkin sahələri susuz qalıb.

Bu barədə "Report"un Muğan bürosuna bir qrup fermer məlumat verib.

Onların sözlərinə görə, bir müddətdir kəndin pambıq və yonca sahələrinə su verilmir. Nəticədə havaların həddindən artıq isti keçməsi ilə yanaşı, suyun verilməməsi də məhsul itkisinə səbəb olub.

Fermerlər mövsümün əvvəlində çəkdikləri xərclərin boşa çıxacağından narahatdır. Müəyyən şikayətlərdən sonra cəmi bircə dəfə sahələr suvarılıb. Halbuki, indiyə qədər sahələrdə 3 dəfə suvarma işləri aparılmalı idi.

Oxşar vəziyyət Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl qəsəbəsində də yaşanır.

Problemlə bağlı İmişli rayon Köhnə Cənub Muğan Sudan İstifadəedənlər Birliyindən bildirilib ki, hazırda bölgədə suvarma suyu məhdud şəkildə verilir:

"Mövcud su çatışmazlığı səbəbindən növbəlilik prinsipi tətbiq olunur və bütün ərazilərə mərhələli şəkildə suyun çatdırılması üçün iş aparılır".

Seçilən
1
2
report.az

3Mənbələr